RU

Azərbaycan üç ölkədən 1,3 milyon dollarlıq “Aİ-98” markalı benzin alıb - SİYAHI

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 3 ölkədən (Rusiya,Bolqarıstan, Rumıniya) dəyəri 1,3 milyon ABŞ dolları olan 1043 tonmühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dənçox olmayan, 98 və ya daha çox oktan ədədi ilə (Aİ-98) benzin idxaledilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədədəyər ifadəsində 344 min ABŞ dolları və ya 21,2%, həcm baxımındanisə 281 ton və ya 21,2% azdır.

2025-ci ilin ilk yeddi ayında Azərbaycanın “Aİ-98” markalıbenzin aldığı ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Rusiya

240,11

294,37

Bolqarıstan

295,15

361,85

Rumıniya

508,26

623,13

Məqalədə:
Избранный
7
1
az.trend.az

2Источники