RU

Britaniya kəşfiyyatı Rusiyada casus cəlb etmək üçün portal yaradıb

Bakı. Trend:

Böyük Britaniyanın xarici kəşfiyyat agentliyi "MI6" yeni “SilentCourier” adlı “dark web” portalını işə salıb. Portal casuslarıncəlb olunması məqsədi daşıyır və əsasən Rusiyada, eləcə də dünyanınmüxtəlif yerlərində olan potensial agentlərə yönəlib.

Trend bu barədəBritaniya KİV-ə istinadla xəbər verir.

Təhlükəsiz mesajlaşma platforması kadrların “verbovkası”prosesini daha səmərəli edərək milli təhlükəsizliyi gücləndirməyihədəfləyir. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi ölkəninqlobal kadr toplama təşəbbüsünü təsdiqləyib.

“Dünya səviyyəli kəşfiyyat agentliklərimiz bu çağırışın öncəbhəsindədir, arxa planda işləyərək Britaniya xalqınıntəhlükəsizliyini qoruyurlar. İndi isə onların səylərini ən müasirtexnologiya ilə gücləndiririk ki, MI6 Böyük Britaniya üçün –Rusiyada və dünyanın hər yerində – yeni casuslar cəlb edəbilsin”,-deyə Britaniya xarici işlər naziri Yvette Kuperbildirib.

Terrorçuluq və ya düşmən kəşfiyyat fəaliyyəti ilə bağlı məxfiməlumatı Böyük Britaniya ilə təhlükəsiz şəkildə paylaşmaqistəyənlər cümə günündən etibarən bu portala daxil olabiləcəklər.

Portalın istifadəsinə dair təlimatlar MI6-nın təsdiqlənmişYouTube kanalında açıq şəkildə təqdim olunacaq.

Məqalədə:
Избранный
27
az.trend.az

1Источники