RU

Siyavuş Novruzov: Azərbaycan Ermənistanla sülh müqaviləsinin bir addımlığındadır

Hazırda Azərbaycan Ermənistanla sülh müqaviləsinin bir addımlığındadır, amma buna mane olan tək bir problem var - Ermənistan konstitusiyası.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov "Konstitusiya və Suverenlik İli" çərçivəsində parlamentdə keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, vaxtilə Ermənistan mürtəce addım atıb, öz konstitusiyasına ərazi iddiası ilə bağlı müddəa salıb və bu, indi sülhə imkan vermir.

"Həmin müddəanın ləğv edilməsi sülhün əsas şərtidir", - S.Novruzov vurğulayıb.

Избранный
22
3
far.az

6Источники