RU

“Kayrat”ın baş məşqçisi 1:4-ə belə şərh verdi

style='margin-bottom:10px;'>

“Kayrat”ın (Qazaxıstan) baş məşqçisi Rafael Urazbaxtin UEFA Çempionlar Liqasının  1-ci turunda Lissabonda “Sportinq”ə böyükhesablı məğlubiyyəti (1:4) şərh edib.

QOL.az xəbər verir ki, o, matçdan sonra təşkiı edilən mətbuat konfransında bu nəticənin özləri üçün
üzücü olduğunu söyləyib:

“Qolların çoxluğuna yox, ard-arda 4 dəqiqə ərzində 3 qol buraxdığımıza görə. Birinci hissədə məqsədimizə çox diqqətli yanaşmışdıq. Fasilədə bəzi düzəlişlər etdik. İkinci hissənin ilk 15 dəqiqəsində oyunu istədiyimiz kimi aparırdıq. Lakin 60-cı dəqiqədən sonra oyun bizim üçün bitdi. İndi isə irəli baxmaq və növbəti oyuna hazırlaşmaq vaxtıdır”.

Qeyd edək ki, “Sportinq” 4 qoldan 3-nü cəmi 65, 67, 68-cı dəqiqələrdə vurub.

Növbəti turda “Kayrat” 30 sentyabrda evdə Madrid “Real”ı ilə qarşılaşacaq.

Избранный
24
2
teleqraf.com

3Источники