Alma faydalı meyvə olsa da, bəzi meyvələr lif baxımından ondan daha zəngindir...
Pravda.az bildirir ki, bu meyvələr həm həzm sistemini dəstəkləyir, həm də ürək sağlamlığına töhfə verir.
Lifin faydaları: Lif qidaların həzmini yavaşladaraq toxluq hissini artırır, xolesterini aşağı salmağa və bağırsaq fəaliyyətini tənzimləməyə kömək edir.
ABŞ Qidalanma Təlimatına görə, gündə ən az 2 porsiya meyvə istehlakı tövsiyə olunur. Əgər məqsədiniz lif qəbulunu artırmaqdırsa, aşağıdakı meyvələrə üstünlük verə bilərsiniz:
Almadan çox lif tərkibli 6 meyvə:
Moruq– 1 stəkan (150 q): 10 q lif
Böyürtkən – 1 stəkan (150 q): 8 q lif
Avokado – Yarım ədəd: 7 q lif
Xurma – Orta boy: 6 q lif
Armud – Orta boy: 5,5 q lif
Kivi – 1 stəkan (180 q): 5,4 q lif
Bu meyvələri rasionunuza əlavə edərək gündəlik lif ehtiyacınızı (təxminən 28–34 q) asanlıqla qarşılayabilərsiniz.
Poliqon.info