RU

“Naxçıvanın təhlükəsizliyinin təmini Azərbaycanın imkanları çərçivəsindədir”

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bu gün bütün ərazisində suverenliyini tam bərpa etmiş Azərbaycanın Konstitusiyasının yenidən təkmilləşdirilməsi istiqamətində müəyyən zərurətlər meydana çıxıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda bildirib.

“Milli Məclis bu istiqamətdə ilk addımını atıb. Belə ki, iyun ayında Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı Milli Məclis ilk oxunuşda konstitusiya qanunu qəbul etmişdi. Təbii ki, həmin konstitusiya qanunu Naxçıvan Muxtar Respublikası Konstitusiyasının bir çox müddəalarını dəyişməklə muxtariyyətin statusunda müəyyən yenilənmənin əks etdirib. Azərbaycan Konstitusiyasının bir fəsli bütövlükdə Naxçıvan Muxtar Respublikasının hüququ statusuna həsr olunub.

Konstitusiyaya görə, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlətdir. Müasir dövrdə Naxçıvan Muxtar Respublikasının hüquqi statusunu müəyyənləşdirmək, onun təhlükəsizliyinə təminat vermək Azərbaycan dövlətinin tam imkanları çərçivəsindədir. Naxçıvan konstitusiyasında dəyişikliklər ediləcəksə, istər-istəməz Azərbaycan Konstitusiyasının Naxçıvan Muxtar Respublikası Konstitusiyasının hüquqi statusunu müəyyənləşdirən müddəalarda müvafiq dəyişiklərin edilməsi zərurəti meydana çıxacaq. Belə ki, konstitusiya qanunu Azərbaycan Konstitusiyasının tərkib hissəsidir. Konstitusiya qanunu Azərbaycan Konstitusiyasına zidd ola bilməz, ona uyğun olmalıdır”, - Akademiyanın rəisi bildirib.

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
50
6
qafqazinfo.az

7Источники