RU

Maradonanın bacıları dələduzluqda ittiham edilirlər

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Argentinada əfsanəvi futbolçu Dieqo Maradonanın iki bacısı və vəkili Matias Morlanı dələduzluqda ittiham edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "La Nacion" məlumat yayıb.

Maradonanın bacıları və vəkili futbol ulduzunun adını daşıyan brendlərdən istifadə etdikləri üçün dələduzluqda ittiham olunublar.

İddia Maradonanın qızları tərəfindən qaldırılıb. Futbolçunun qızları qanuni varis olaraq "Sattvica" şirkəti tərəfindən idarə olunan, atalarının adı ilə bağlı bütün brendlərə nəzarətin onlara verilməsini tələb ediblər.

Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
1
oxu.az

2Источники