"Qarabağ"ı qazandığı uğura görə təbrik edirəm".
İdman.biz xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.
Yarımmüdiəçi "Dost TV"yə açıqlamasında "Qarabağ"ın Portuqaliyada "Benfika"ya qalib gəldiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunu ilə bağlı danışıb: "Həmin oyuna baxdım. "Benfika" ilə matçda çox yaxşı idilər. Ümimiyyətlə stabillik bu yerə gətirir. Futbolçular çoxdan bir yerdədirlər. Qurban müəllim də möhtəşəm iş görüb. Ona görə də nəticələr öz sözünü deyir".
Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə üstələyib. Azərbaycan çempionu oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gələcək.
İdman.biz