RU

"Konstitusiyanın təkmilləşdirilməsi istiqamətində zərurətlər meydana çıxıb" - DTX Akademiyasının rəisi

"Bu gün bütün ərazisində suverenliyini tam bərpa etmiş Azərbaycanın Konstitusiyasının yenidən təkmilləşdirilməsi istiqamətində müəyyən zərurətlər meydana çıxıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov deyib.

Akademiyanın rəisi qeyd edib ki, Milli Məclis bu istiqamətdə ilk addımını atıb: "Belə iki, iyun ayında Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi ilk oxunuşda konstitusiya qanunu qəbul etmişdi. Təbii ki, həmin konstitusiya qanunu Naxçıvan Muxtar Respublikası Konstitusiyasının bir çox müddəalarını dəyişməklə muxtariyyətin statusunda müəyyən yenilənmənin əsk etdirib. Azərbaycan Respublikasının Konstitusiyasının bir fəsli bütövlükdə Naxçıvan Muxtar Respublikasının hüququ statusuna həsr olunub. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Müasir dövrdə Naxçıvan Muxtar Respublikasının hüquqi statusunun müəyyənləşdirmək, onun təhlükəsizliyinə təminat vermək Azərbaycan dövlətinin tam imkanları çərçivəsindədir. Naxçıvan konstitusiyasında dəyişikliklər ediləcəksə, istər-istəməz Azərbaycan Respublikasının Konstitusiyasının Naxçıvan Muxtar Respublikası Konstitusiyasının hüquqi statusunu müəyyənləşdirən müddəalarda müvafiq dəyişiklərin edilməsi zərurəti meydana çıxacaq. Belə ki, konstitusiya qanunu Azərbaycan Respublikasının Konstitusiyasının tərkib hissəsidir. Konstitusiya qanunu Azərbaycan Respublikasının Konstitusiyasının zidd ola bilməz, ona uyğun olmalıdır".

Anar Kəlbiyev

Избранный
75
1
unikal.az

2Источники