RU

Azərbaycanda neçə ibtidai sinif müəllimi 50 yaşdan yuxarıdır? - SORĞU

İbtidai sinif müəllimləri məktəb həyatının ən əsas dayaqlarından biridir. Onların həm bilik, həm də pedaqoji yanaşması uşaqların gələcək inkişafına birbaşa təsir göstərir.

İctimaiyyətdə belə düşünülür ki, ibtidai sinif müəllimlərinin gənc olması azyaşlılarla daha dinamik işləməyə, onların maraq və diqqətini daha yaxşı cəlb etməyə, yeni tədris üsullarını tətbiq etməyə və texnologiyadan səmərəli istifadə etməyə imkan verir.

Azərbaycanda 50 yaşını ötmüş neçə ibtidai sinif müəllimi fəaliyyət göstərir?

Elm və Təhsil Nazirliyi AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycanda ümumtəhsil müəssisələrində 50 yaşdan yuxarı 14 700-dən çox ibtidai sinif müəllimi fəaliyyət göstərir. Ölkə üzrə ümumi ibtidai sinif müəllimlərinin sayı isə təxminən 35 min nəfərdir.

Bənzər vəziyyət xarici ölkələrdə də müşahidə olunur. OECD-nin “Education at a Glance 2025” hesabatına görə, ibtidai məktəb müəllimlərinin 31-32%-i 50 yaş və yuxarı yaş qrupuna daxildir. Avropa Birliyi daxilində İtaliya, Litva və Almaniyada bu göstərici 40 faizdən də yuxarıdır. Bu isə həmin ölkələrdə yaxın illərdə çoxlu sayda müəllimin pensiyaya çıxacağı və onların yerini doldurmaq üçün yeni kadrların zəruri olacağı anlamına gəlir.

Avropa hüdudlarından kənarda da eyni tendensiya mövcuddur. Məsələn, Yaponiya və Cənubi Koreyada müəllim heyətində yaşlı kadrların payı getdikcə artır. ABŞ-də isə ibtidai məktəblərdə 50 yaşdan yuxarı müəllimlərin payı təxminən 30%-dir. Avstraliyada bu göstərici 28-29% civarındadır.

Избранный
18
azedu.az

1Источники