"Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi (VÖEN göstərilməyib) açıq tenderin qalibini elan edib.
FED.az xəbər verir ki, tender DSMF Aparatının Layihələrin idarə olunması, Fərdi uçota nəzarət və sosial sığorta departamentləri, Sosial Ödənişlərin Təyinatı üzrə MF üçün ofis sahəsinin və binanın daxilində Arxiv sahəsinin icarəsi ilə bağlı olub.
Tenderin qalibi Alim Yusif oğlu Qiyasov seçilib. İddiaçının təklifi 1 milyon 305 min 840 manat təşkil edib.
Satınalma prosesi yekunlaşıb.
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi | Kod |
1 | Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün icarəyə götürüləcək binanın daxilində Arxiv sahəsinin icarə xidmətinin satınalınması | • Həmin binanın daxilində əlavə arxiv sahəsi 550 m² • Təhlükəsiz və rahat giriş-çıxışı olmalıdır. İcarə Müddəti 12 ay nəzərdə tutulmuşdur | 550 | m(2) | 80131803 |
2 | Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı, Fondun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta və Layihələrin idarə olunması departamentləri üçün ofis sahəsinin icarə xidmətinin satınalınması | Ofis sahəsi “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarına (https://e-qanun.az/framework/29860) uyğun olaraq ZONA-3 ərazisində yerləşməlidir; İcarə sahəsi tam təmirli iş otaqları, avadanlıqla tam təmin olunmuş sanitar qovşaqları və liftə malik olmalıdır; İcarə sahəsi daimi işıqlandırma, mərkəzi isitmə və soyutma, havalandırma, ümumi şəbəkə və kamera xətlərinə, tam və işlək vəziyyətdə olan yanğın əleyhinə siqnalizasiya sisteminə, yanğınsöndürmə şitləri və balonlarına, minimum 6 avtomobil üçün binadaxili dayanacaq sahəsinə malik olmalıdır; • ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 5040 m² olan; • təhlükəsiz və rahat giriş-çıxışı olmalıdır. İcarə Müddəti 12 ay nəzərdə tutulmuşdur | 5.040 | m(2) | 80131803 |