Gəncədə 20 yaşlı gənc bıçaqlanıb.
News24.az Unikal-a istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni qəsəbədə baş verib. Belə ki, Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü N.Sarıyev bıçaq xəsarəti ilə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Dərhal 20 yaşlı gənc əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, 2005-ci il təvəllüdlü N.Sarıyevi aralarında baş verən şəxsi münaqişə zamanı Zəngilan rayon sakini 2007-ci il təvəllüdlü R.Mədətov bıçaqlayıb. Əraziyə polis əməkdaşları cəlb edilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Fatkla bağlı araşdırma aparılır.