RU

Sümü iliyi donorluğu təhlükəsizdir? - AÇIQLAMA

BAKI, 19 sentyabr. TELEQRAF

"Sümük iliyi donorluğu donorun həyatı üçün təhlükəli deyil. Prosedur ümumi anesteziya altında aparıldığı üçün ağrı hiss olunmur. Donorun sağlamlığının qorunması məqsədilə əməliyyatdan əvvəl və sonra xüsusi tibbi müayinələr aparılır".

Teleqraf xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssisi Nərgiz Əliyeva deyib.

O bildirib ki, sümük iliyi donoru olmaq donora zərər yetirmədən müəyyən miqdarda sümük iliyinin alınması prosedurudur. Bu, həyati təhlükəli qan xəstəliklərinin müalicəsi üçün könüllü şəkildə sümük iliyi vermək deməkdir.

"Uyğun donordan bəzən cərrahi üsulla, bəzən isə qandan periferik hematopoetik kök hüceyrələr xüsusi aparat vasitəsilə toplanır. Əməliyyat yalnız könüllülük əsasında həyata keçirilir".

O həmçinin əlavə edib ki, donor olmaq üçün şəxsin heç bir ciddi xəstəliyi olmamalı və yaşı, ölkədən asılı olaraq, əsasən 18–44 və ya 18–60 aralığında olmalıdır. Donorun sağlam olması ilə yanaşı, alıcı ilə İnsan Leykosit Antigeni (HLA, Human Leukocyte Antigens) baxımından uyğunluğu da mütləqdir. Uyğunluq olmadığı və ya donorun sağlamlıq vəziyyətində risk yaradan hallar müşahidə olunduqda, donor olmaq imkansız olur. Bu səbəbdən hərtərəfli tibbi yoxlanış vacibdir. Sümük iliyi transplantasiyası üçün əsas meyar İnsan Leykosit Antigenlərinin (HLA) uyğunluğudur. Qan qrupunun (A, B, AB, O) uyğunluğu vacib sayılmır. HLA uyğunsuzluğu xəstənin orqanizmində immun reaksiyalara və hüceyrələrin rədd olunmasına səbəb ola bilər".

Bəs sümük iyi kimlərə lazımdır?

Mütəxəssis bildirib ki, sümük iliyi genetik və onko-hematoloji xəstələrə lazımdır.

"Buraya talassemiya, leykoz, aplastik anemiya və digər qan xəstəliklərini misal göstərmək olar. Sümük iliyi transplantasiyasına ehtiyac yaranırsa, bu, xəstənin öz kök hüceyrələrinin genetik cəhətdən sağlam olmaması və ya sonradan zədələnməsi ilə bağlıdır. Leykoz, limfoma, çoxsaylı miyelom və aplastik anemiya kimi xəstəliklərdə sümük iliyi transplantasiyası vacibdir. Donordan alınan sümük iliyi və ya periferik qandan toplanmış kök hüceyrələr xəstənin zədələnmiş hüceyrələrini əvəzləyərək həyat qurtaran müalicə üsulu rolunu oynayır”.

Избранный
9
9
teleqraf.com

10Источники