RU

O, Vətəni canı bahasına sevdi – şəhid Çavuş Etibar İmamaliyev

Bakı. Trend:

Torpaq – uğrunda ölən varsa vətəndir

Şəhid Çavuş Etibar İmamaliyev də ömrü vətənlə başlayıb, vətənlətamamlanan igidlərdən biri oldu.

1995-ci il noyabrın 22-də Hacıqabul rayonunun Qarasu kəndindədünyaya göz açan Etibar, daha uşaqlıq illərindən vətənpərvərlikdəyərləri ilə böyüdü. Qarasu kənd orta məktəbini bitirəndən sonra2013-2015-ci illərdə Lənkəranda yerləşən “N” saylı hərbi hissədəhərbi xidmət keçdi. Xidmətini başa vuran gənc Etibar üçün hərbisahə yalnız bir borc deyildi – bu, onun ürəyində yanan sönməz birsevgi idi.

“İcazə verməsəniz, qaçıb gedəcəm”

Ailəsinin etirazlarına baxmayaraq, o, geri çəkilmədi. “İcazəverməsəniz, evdən qaçıb gedəcəm” deyəcək qədər qətiyyətli idi.2016-cı ilin fevralında Astarada yerləşən kəşfiyyat rotasındamüddətdən artıq hərbi qulluqçu kimi xidmətə başladı.

“Vətən Müharibəsi İştirakçısı” və “Xocavəndin və Cəbrayılın azadolunmasına görə” medalları

Etibar yalnız sıravi əsgər deyildi. O, döyüş meydanının canı iləyoğrulmuş əsl qəhrəmanı idi. 44 günlük Vətən müharibəsində –Qarabağın azadlığı uğrunda gedən müqəddəs savaşda o, Xocavəndin vəCəbrayılın alınmasında böyük igidlik göstərdi. Döyüşlərdən alnıaçıqçıxan Etibar “Vətən Müharibəsi İştirakçısı” və “Xocavəndin vəCəbrayılın azad olunmasına görə” medalları ilə təltif olundu.

Fəxri Fərman

2021-ci ildə Türkiyədə keçirilən Komando hazırlıq kurslarınımüvəffəqiyyətlə başa vuran Etibar, daha sonra Hadrutda yaradılmışxüsusi "Komando" briqadasının tərkibində xidmətini davam etdirdi.2022-ci ilin sentyabr əməliyyatlarında, eləcə də 2023-cü ilin martayında Laçın rayonunda keçirilən mühüm hərbi əməliyyatlarda xüsusitapşırıqları yerinə yetirərkən göstərdiyi şücaətə görə FəxriFərmanla təltif edildi.

Amma onun qəhrəmanlıq dastanı hələ bitməmişdi.

Xocalının Dağyurd qəsəbəsində şəhidlik zirvəsi

2023-cü ilin sentyabrında, Azərbaycan Ordusunun həyata keçirdiyilokal antiterror əməliyyatları zamanı Etibar yenə ön sıralarda idi.Qızğın döyüşlər gedirdi, Vətən yenidən onu çağırırdı. Etibar bir anbelə tərəddüd etmədən irəli atılmışdı. O, 19 sentyabrda – XocalınınDağyurd qəsəbəsində şəhidlik zirvəsinə ucaldı.

Şəhidimiz 22 sentyabrda doğulub boya-başa çatdığı doğma Qarasukəndində torpağa tapşırıldı.

Ailəli idi. Nur adlı iki yaşlı qızı şəhidimizdən vətənə əmanətqaldı…

“Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı

Etibar İmamaliyev ölümündən sonra Azərbaycan RespublikasınınPrezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətənəxidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltifedildi.

Çünki o, Vətəni sadəcə sevmədi – onun üçün yaşadı, onun üçündöyüşdü və onun üçün şəhid oldu.

Məqalədə:
Избранный
26
az.trend.az

1Источники