RU

Azərbaycan Milli Xalça Muzeyində “Tacik tikmə dünyası” sərgisi açılacaq

Bakı. Trend:

Sentyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində TacikistanMilli Muzeyi ilə birgə təşkil olunan “Tacik tikmə dünyası” adlısərgi açılacaq.

Sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını,dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim və zəriftikmələr nümayiş olunacaq. Tacikistanın Xücənd, İstərövşən, Kulab,Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar və digər şəhər və bölgələrindənolan ustalar tərəfindən yaradılan zəngin kolleksiya Azərbaycantamaşaçılarına ilk dəfə təqdim ediləcək.

Bunlara Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56unikal eksponat – örtüklər, çakan geyimlər, namazlıqlar, yastıqüzləri, kişi bel yaylıqları, dəstərxanlar və digər ənənəvi tikmənümunələri aiddir. Sərgidə rəng çalarlarının və naxışlarınınzənginliyi ilə seçilən, tacik tikməsinin nadir nümunələrindən olansüzənilər də xüsusi yer tutacaq.

Tacik tikmələri qadın sənətkarlar tərəfindən nəbati, həndəsiornamentlər, epiqrafik motivlər və kalliqrafik yazılarla bəzədilir.Onların üzərindəki hər bir naxışın, nar çiçəyi, lalə, söyüdyarpağı, günəş, ay, ulduz, tovuzquşu quyruğu, hibiskus kimitəsvirlərin öz mənası var. Qeyd edək ki, 2018-ci ildə Tacikistanın“Çakan” tikmə sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısınasalınıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan MilliXalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı iləkeçirilən sərgi iki ölkə arasında mədəni əməkdaşlıq və dialoquninkişafına önəmli töhfədir. Bu layihə 20 may 2025-ci il tarixindəDüşənbədə keçirilmiş “Azərbaycanın milli irsi incəsənət incilərindəyaşayır” sərgisinin davamı kimi qarşılıqlı mədəni mübadiləənənələrinin daha da möhkəmləndiyini göstərir.

Sizi hər ilmədə tarix, ustalıq və yaradıcı ruhu yaşadan tacikxalqının zəngin irsi ilə tanış olmağa dəvət edirik.

Sərgi oktyabrın 25-dək davam edəcək.

Избранный
14
4
az.trend.az

5Источники