RU

Zaur Ramazanov: “Təkcə böyükhesablı məğlubiyyət olmasın” MÜSAHİBƏ

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanovun Sport24.az-a müsahibəsi- Tezliklə yığma komandanın yeni baş məşqçisi bəlli olacaq. Sizcə, bu posta kim gətirilməlidir?- Bunu illərdir deyirik. Milli ancaq yerli mütəxəssisə tapşırılmalıdır. Kim gətirilirsə, ancaq azərbaycanlı baş məşqçi olsun. Hamımız əcnəbilərlə də yaxşı nəticə əldə edə bilmədiyimizi görmüşük.- Sizin milli komandada görmək istədiyiniz hansısa yerli mütəxəssis varmı?- Hazırda kiminsə adını çəkə bilmərəm. Ölkəmizdə baş məşqçi azdır? Pro kateqoriyasına malik 50 mütəxəssis var.- Komandanı DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə səfər matçı gözləyir. Sizcə, böyükhesablı məğlubiyyətdən qaça biləcəyik?- Vallah nə deyim. Çox çətin və ağır olacaq. Bu səfərdə nəsə edə biləcəyimizə inanmıram. Təkcə böyükhesablı məğlubiyyət olmasın. Yenə də komandaya uğurlar arzulayıram. - "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazandı. Bu barədə nə deyə bilərsiniz?- Tarixi nəticədir. Artıq Avropada "Qarabağ"a hörmət bəsləyirlər. Komanda da bizi sevindirə-sevindirə gedir. Bu nailiyyətlərin ardı gəlsin.- Sizcə, "Benfika"nı məğlub edəndən sonra növbəti mərhələ haqqında düşünmək olmazmı?- Məncə, "Qarabağ"ın bunun üçün yetəri qədər təcrübəsi də var. Komanda Avropa Liqasında 1/8 final mərhələsində də oynayıb. Düşünürəm ki, qarşıdakı 7 matçda da xallar əldə olunacaq. Onların pley-offa yüksələcəyini gözləyirəm. Niyə də olmasın?

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
1
sport24.az

2Источники