RU

Deputat: Azərbaycan təhlükəsizlik sahəsində sistemli və davamlı siyasət yürüdür

Azərbaycan dövləti müstəqilliyini və təhlükəsizliyini təmin etmək məqsədilə sistemli şəkildə fəaliyyətini davam etdirir. Bu fikirləri Milli Məclisin deputatı Arzu Nağıyev "Konstitusiya və Suverenlik İli" çərçivəsində parlamentdə keçirilən Dövlət Suverenliyi Gününə həsr olunmuş konfransda çıxışı zamanı səsləndirib.

Nağıyev qeyd edib ki, 1990-cı illərin əvvəllərində ölkə həm daxili, həm də xarici təhdidlərə məruz qalıb. Onun sözlərinə görə, məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükələrə qarşı effektiv tədbirlər görülüb və dövlət institutlarının əsasları qoyulub.

“Ordu quruculuğu, hüquq-mühafizə sisteminin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və hüquqi qaydaların bərpası nəticəsində ölkədə sabitlik təmin olundu,” –  Nağıyev bildirib.

Deputat əlavə edib ki, bu gün də həmin siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlətə qarşı yönələn istənilən təhdidə qarşı vaxtında və adekvat tədbirlər həyata keçirilir.

Gülnar Nazimqızı

Избранный
13
anews.az

1Источники