RU

Tramp Tayvana 400 milyon dollarlıq hərbi yardımı kəsmək istəyir

ABŞ Prezidenti Donald Tramp Tayvana ayrılması planlaşdırılan 400 milyon dollarlıq hərbi yardımı dayandırmaq qərarına gəlib.

AzPost xəbər verir ki, məlumatı The Washington Post öz mənbələrinə istinadən yayıb.

Jurnalın yazdığına görə, bu addım Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə mümkün yüksək səviyyəli görüş zamanı yeni ticarət razılaşmasına nail olmaq istəyilə bağlıdır. Mənbələr bildiriblər ki, qərar hələ də dəyişdirilə bilər, lakin bu, ABŞ-ın Tayvana münasibətdə siyasətində “kurs dəyişikliyi” kimi qiymətləndiriləcək.

Məlumata əsasən, Tayvana göndərilməsi nəzərdə tutulan hərbi yardım paketinə sursat və müasir pilotsuz uçuş aparatları daxil idi.

Vaşinqtondakı Tayvanın qeyri-rəsmi səfirliyi mövzu ilə bağlı açıqlama verməkdən imtina edib.

Xatırladaq ki, Çin müdafiə naziri Dun Czünyün sözlərinə görə, Pekin heç bir halda Tayvanın müstəqillik cəhdlərinə imkan verməyəcək. O, Çin Xalq Azadlıq Ordusunun ölkənin birliyini qorumaqda “sarsılmaz və güclü qüvvə” olduğunu vurğulayıb.

AzPost.az

Избранный
49
azpost.info

1Источники