RU

Yanvar avqust aylarında müavinətlər üzrə 758 mln. manat, Prezident təqaüdləri üzrə 483 mln. manat ödənilib

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 506 min nəfərə sosial müavinət, 406 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 758 mln. manat, Prezident təqaüdləri üzrə 483 mln. manat ödənilib.

Cari ilin 8 ayında 106 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 827 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Mustafa KamalXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
8
xalqqazeti.az

10Источники