RU

ABŞ Polşaya 780 milyon dollarlıq “Javelin” satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 780 milyon dollar dəyərindəki “Javelin” tank əleyhinə raket komplekslərinin “Polşaya” satışını təsdiq edib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 2506 ədəd FGM-148F raketinin və 253 ədəd “Javelin” kompleksinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Bu sifarişin baş podratçısı ABŞ-ın “RTX Corporation” və “Lockheed Martin” şirkətləri olacaq.

Избранный
19
1
poliqon.az

2Источники