RU

Məşhur qurbangahla bağlı böyük iddia - SİRR AÇILDI

“Hondurasdakı Kopan şəhərindəki 1300 illik Mayya qurbangahı Altar Q üzərində hökmdarların əllərini qoyduqları mövqe sadəcə dekorativ deyil, Uzun Say təqvimi ilə əlaqəli "jestual mətn" formasıdır”.

Bunu Metropolitan Dövlət Universitetindən (Denver) dilçi və antropoloqu Riç Sandoval deyib.

“Cebheinfo.az” xəbər verir ki, onun araşdırmasının nəticələri “Transactions of the Philological Society” jurnalında dərc olunub. Altar Q eramızın 8-ci əsrinin sonlarında yaradılmış, dörd tərəfdən hər birinin fərqli əl mövqeyinə malik 16 Kopan hökmdarını və onu müşayiət edən heroqlifləri təsvir edən oyma daş qurbangahdır.

Sandoval iddia edir ki, bu əl mövqeləri Uzun Say təqvimində “k'atun, tun, uinal və k'in” kimi vahidlərin dəyərlərini təmsil edən xüsusi tarixlərə uyğun gəlir: 

“Əl işarələri, məsələn, bu tarixlərdə "sıfır" simvolizminə uyğun ola bilər”.

O, həmçinin qeyd edib ki, qurbangahdakı heroqliflərdə birbaşa Uzun say tarixləri olmasa da, əl mövqelərinə mətnin semantik elementlərini tamamlayan və ya artıran əlavə “mənzərəli” komponent kimi baxmaq olar. Bununla belə, bütün ekspertlər bu şərhi qəbul etmirlər: bəziləri bunu “inanılmaz dərəcədə qeyri-mümkün” adlandıraraq, vizual və mətn məlumatlarının fərziyyəyə uyğunlaşmaq üçün “uyğunlaşdırıla biləcəyini” iddia edirlər.

Избранный
26
1
cebheinfo.az

2Источники