Erlinq Haland Çempionlar Liqasının tarixini yenidən yazmağa davam edir.
Msport.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu avrokubokların ümumi mərhələsinin ilk turunda “Napoli” ilə qarşılaşmada yarışda 50-ci qolunu vurub.
Norveçli matçın 56-cı dəqiqəsində fərqlənərək, cəmi 49 oyuna rekorda nail olub. O, Çempionlar Liqasında 50 qol vurmuş Rud van Nistelroyun 62 oyunluq rekordunu yeniləyib.