RU

Gömrük orqanına bəyan edilməyən xeyli miqdarda mallar aşkar edildi

Bakı. Trend:

Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyitədbirlər nəticəsində müxtəlif növ malların gömrük sərhədindənqanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə DGK Mətbuat vəİctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, “İpək yolu” gömrük postunda Türkiyədən AzərbaycanRespublikasına gələn nəqliyyat vasitəsinin qoşqusuna keçirilənbaxış zamanı gömrük orqanına bəyan edilməyən 45 adda - 864 qutu,1398 konvalyut, 473 ədəd dərman vasitəsi, 40 növdə - 357 ədədkosmetik vasitə, 50 litr həcmində ətir, 11 adda - 278 ədədstomatoloji vasitə, 144 qutu qida əlavəsi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Избранный
47
15
az.trend.az

10Источники