Bu həftə Çempionlar Liqasının əsas mərhələsində ilk turun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, UEFA həftənin ən yaxşı futbolçusu adına 4 namizədi müəyyənləşdirib.
Bunlar Markus Reşford (“Barselona”), Duşan Vlahoviç (“Yuventus”), Markyus Türam (“İnter”) və Fransişku Trinkandır (“Sportinq”).
“Barselona”nın “Nyukasl” üzərində 3:2 hesablı qələbəsində Reşfordun dubli həlledici rol oynayıb. Vlahoviç “Borussiya Dortmund”la (4:4) oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Türamın dublu “İnter”ə “Ayaks” üzərində 2:0 hesablı qələbə qazandırıb. Trinkan isə “Kayrat”la görüşdə 2 qol vuraraq “Sportinq”in 4:1 hesablı qələbəsinə töhfə verib.
Qeyd edək ki, azarkeşlər həftənin ən yaxşı futbolçusunu seçmək üçün UEFA-nın rəsmi saytında səsvermədə iştirak edə bilərlər.
İdman.biz