RU

Yanvar-avqust aylarında müavinətlər üzrə 758 mln. manat, Prezident təqaüdləri üzrə 483 mln. manat ödənilib

Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 506 min nəfərə sosial müavinət, 406 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 758 mln. manat, Prezident təqaüdləri üzrə 483 mln. manat ödənilib. 

Cari ilin 8 ayında 106 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 827 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Избранный
11
8
qaziler.az

10Источники