RU

Lənkəranda bacı qardaşı öldürən sürücünü neçə il həbs gözləyir? Vəkil açıqladı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, Lənkəran rayonunun Şovu kəndində məktəblilərin ölümü ilə nəticələnən yol -nəqliyyat hadisəsi baş verib. Belə ki, hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər bacı 2017-ci il təvəllüdlü Gülay Əlizadə, qardaşı 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub, onlar həyatını itirib.

İki nəfərin ölümünə səbəb olan sürücünü hansı cəza gözləyir?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, Cinayət Məcəlləsinin 263.3-cü maddəsi (iki və ya daha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi) üzrə cinayət işi başlanılıb.

Onun sözlərinə görə, bu maddə ilə nəzərdə tutulan cəza 5 ildən 10 ilədək azadlıqdan məhrumetmədir:

“Hadisəni törədən şəxs barəsində ilkin istintaq çərçivəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi mümkündür. Qeyd edilən hüquqi prosedurlar hadisənin ağırlığı və nəticələri nəzərə alınaraq tətbiq olunur”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
globalinfo.az

1Источники