RU

ABŞ İstanbuldakı suriya üzrə diplomatları niyə işdən çıxardı?

Yazını böyüt
Yazını kiçilt

ABŞ İstanbulda fəaliyyət göstərən Suriya Regional Platformasının (SRP) bir neçə yüksək rütbəli diplomatını işdən çıxarıb.

Hafta.az-ın yazdığına görə, SRP 2012-ci ildə Dəməşqdəki səfirliyini bağlayan faktiki ABŞ missiyası kimi fəaliyyət göstərir. Qərargahı ABŞ-ın İstanbuldakı Baş Konsulluğunda yerləşən SRP-nin işdən çıxarılan yüksəksəviyyəli diplomatlarının prezident Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın tabeliyində işlədiyi bildirilir.

Adının açıqlanmasını istəməyən mənbələr deyirlər ki, SRP-dəki bəzi diplomatlara komandanın yenidən qurulması çərçivəsində səlahiyyətlərinin başa çatması barədə məlumat verilib.

İki Qərb diplomatı və iki ABŞ rəsmisi də daxil olmaqla, mənbələr işdən çıxarılmaların qəfil edildiyini iddia edir. Onlar deyirlər ki, diplomatlar ötən həftənin sonunda “öz iradəsinə zidd” işdən çıxarılıb. Rəsmilər iddia edir ki, Barak və diplomatlar Suriya Demokratik Qüvvələri (SDQ) və Suriya prezidenti Əhməd Şaraya qarşı siyasətdə fikir ayrılığına düşüblər.

Başqa bir mənbə bu iddiaları təkzib edərək, bu addımın ABŞ-ın Suriya siyasətinə təsir etməyəcəyini, qərarın Barakla Ağ Ev arasındakı fikir ayrılığı ilə əlaqəsi olmadığını bildirib.

ABŞ Dövlət Departamentinin rəsmisi “kadrlar və ya inzibati yenidənqurmalarla bağlı şərh vermədiklərini” ifadə edərək, “Suriya ilə bağlı məsələlər üzərində işləyən əsas komanda bir çox yerdən fəaliyyətə davam edir” deyib.

May ayında Trampın Ankaradakı səfiri vəzifəsinə təyin edilən Barak Vaşinqtonun dəstəklədiyi SDQ-nin Suriya ordusuna inteqrasiyasını və nəzarətindəki əraziləri tədricən Dəməşqə təhvil verməsini istəyir.

Türkiyənin terror təşkilatı hesab etdiyi YPG-nin üstünlük təşkil etdiyi ABŞ-ın dəstəklədiyi milislərdən ibarət SDQ ilə Şara hökuməti arasında bu məqsədlə mart ayında müqavilə imzalanıb.

Barak çərşənbə axşamı Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi ilə də görüş keçirib. İclasda iyulda druzların sıx məskunlaşdığı Sveyda bölgəsində baş verən qarşıdurmalara toxunulub. Bildirilib ki, fikir ayrılıqlarının aradan qaldırılması və gərginliyin azaldılması üçün birgə yol xəritəsi hazırlanıb.

Избранный
18
hafta.az

1Источники