Türkiyənin Antalya və Muğla bölgələri meşə yanğınları ilə mübarizə aparır.
"Unikal" xəbər verir ki, Muğlanın Köyceğiz və Milas rayonlarında baş verən meşə yanğınlarının söndürülməsinə havadan və qurudan müdaxilə edilir.
Külək yanğının söndürülməsini çətinləşdirir. Alanyada küləyin səbəb olduğu yanğın yaşayış məntəqələrinə yaxınlaşıb. Nəticədə Əli Əfəndi məhəlləsi tamamilə boşaldılıb.