RU

7 qat dünya çempionu Bakıda yeni bolidini sınaqdan keçirəcək

BAKI, 19 sentyabr. TELEQRAF

“Ferrari” komandasının pilotu Lüis Hemilton Azərbaycan Qran-Prisində yenilənmiş boliddən istifadə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə 7 qat dünya çempionu "Crash"a açıqlamasında deyib.

"Mövsümün çox hissəsini 6-8-ci pillələrdə başa vurduğumu nəzərə alsaq, qalib gəlmək ehtimalım azdır. Komandam üçün podiuma yüksəlmək istərdim, çünki Şarl Lekler artıq bir neçə dəfə bunu edib.

Bakıdakı həftəsonuna nikbin baxıram. Mənə elə gəlir ki, bir neçə şey tapmışam və indi sadəcə onları həyata keçirmək üzərində işləməliyəm. Ümid edirəm ki, Bakı yeni səhifəmin başlanğıcı olacaq. Çünki bu həftə sonu mən əvvəllər idarə etdiyim boliddən fərqlisi ilə yarışacağam. Ona görə də bolidin özünü necə hiss etdiyini və bununla nəyə nail ola biləcəyimi səbirsizliklə gözləyirəm. Məncə, daha yaxşı mexaniki tutuşa malikdir", - deyə Hemilton bildirib.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 19-21 sentyabr tarixlərində keçirilir.

Избранный
41
teleqraf.com

1Источники