RU

İngiltərə kəşfiyyatı agentləri üçün onlayn platforma yaradıb

Britaniya Məxfi Kəşfiyyat Xidməti (MI6) Britaniya kəşfiyyat agentlikləri ilə təhlükəsiz əlaqə qurmaq istəyənlər üçün yeni mesajlaşma platforması olan Silent Courier-i istifadəyə verəcək.

AzPost bildirir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi açıqlama verib. Hədəf qrup Rusiyada və bütün dünyada potensial agentlərdir.
“Reuters” agentliyinin məlumatına görə, Silent Courier-in işə salınması barədə sentyabrın 19-da MI6 direktoru Riçard Mur məlumat verəcək.

“Biz qlobal qeyri-sabitlik, beynəlxalq terrorizm və ya qeyri-dost dövlətlərin fəaliyyətləri haqqında həssas məlumatı olanlarla əlaqə saxlayırıq. Virtual qapımız sizin üzünüzə açıqdır”, – deyən Murun çıxışından sitat verib.

BBC-nin məlumatına görə, platformadan istifadəyə dair təlimatlar MI6-nın yoxlanılmış YouTube kanalında dərc olunacaq. İstifadəçilərə VPN xidmətləri və əlaqəli olmayan cihazlar vasitəsilə ona daxil olmaq tövsiyə olunur.

Daha əvvəl MKİ Çində çoxlu sayda agentini itirdikdən sonra oxşar rabitə sistemini işə salmışdı.

AzPost.az

Избранный
68
1
azpost.info

2Источники