RU

ABŞ senatoru İsrailin Qəzzada törətdiklərini “soyqırımı” adlandırdı


ABŞ-nin yəhudi senatoru Berni Sanders İsrailin Qəzzada törətdiyi qətliamları ilk dəfə olaraq “soyqırımı” adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, İsrailin Qəzzada törətdiyi cinayətlərə qarşı çıxması ilə tanınan, lakin indiyədək “soyqırımı” ifadəsini işlətməkdən çəkinən senator ilk dəfə olaraq yazılı açıqlamasında mövqeyini dəyişib.
ABŞ senatoru açıqlamasında təxminən 65 min fələstinlinin İsrail tərəfindən öldürüldüyünü, bunların ən azı 18 mininin uşaq olduğunu qeyd edib.
“İki il ərzində İsrailin Baş naziri Benyamin Netanyahunun ifrat sağçı hökuməti Qəzzaya icazə verilən humanitar yardımın miqdarını ciddi şəkildə məhdudlaşdırıb və Birləşmiş Millətlər Təşkilatı, həmçinin digər yardım qrupları üçün hər cür maneə yaradıb”, - deyə Sanders bildirib.
O, İsrail ordusunun xeyli sayda mətbuat nümayəndəsini qətlə yetirdiyini də vurğulayıb.
“Niyyət aydındır. Nəticə qaçılmazdır: İsrail Qəzzada soyqırımı törədir”, - deyə Sanders əlavə edib.
Müstəqil Vermont senatoru, həmçinin ABŞ Prezidenti Donald Tramp administrasiyasını İsrailin Baş naziri Binyamin Netanyahunun etnik təmizləmə siyasətini dəstəklədiyinə görə tənqid edib.
Избранный
8
2
yeniavaz.com

3Источники