Azərbaycan Premyer Liqasında V tura bu gün iki oyunla start veriləcək.
Msport.az xəbər verir ki, ilk olaraq “İmişli” “Karvan-Yevlax”ın qonağı olacaq.
Qarşılaşma saat 16:00-da start götürəcək. Hər iki komandanın 4 xalı var. “İmişli” səkkizinci, “Karvan-Yevlax” doqquzuncu sıradadır.
Günün ikinci matçında “Zirə” “Şamaxı”nı qəbul edəcək. Bu görüş saat 18:30-da başlayacaq. 8 xala malik “Zirə” dördüncü, rəqibindən 3 xal geri qalan “Şamaxı” beşincidir.
Azərbaycan Premyer Liqası
V tur
19 sentyabr
16:00. “Karvan-Yevlax” – “İmişli”
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı şəhər stadionu
18:30. “Zirə” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun digər matçları sentyabrın 20-21-də keçiriləcək.