RU

Heydər Əliyev mənə sahib çıxdı: “Mənim yerlimi incitməyin!” Kasparov

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda doğulan şahmat üzrə dünya çempionu Harri Kasparov ukraynalı jurnalist Dmitri Qordona müsahibə verib.

Modern.az-ın məlumatına görə, o, müsahibəsində Bakıya səfər etmək istədiyini bildirib.

Kasparov vaxtilə Ümummilli Lideri Heydər Əliyevin onu Bakıya dəvət etdiyini xatırladıb.

“Vaxtilə Heydər Əliyev məni Bakıya dəvət etmişdi. İndi vəziyyət daha da yaxşılaşıb, mənim də Bakıya getmə istəyim var. Ən çox da istəyirəm ki, həyat yoldaşım və övladlarım doğulduğum şəhəri görsünlər. Artıq elə yaşdayam ki, istəsəm də, istəməsəm də nostalji ürəyimi sıxır”, - deyə şahmatçı əlavə edib.

Şahmatçı Heydər Əliyevin ona necə dəstək olduğunu xatırlayıb.

“Mən Heydər Əliyevə çox minnətdaram. Onsuz mən irəli gedə bilməzdim. Yalnız Əliyev kimi güclü adam partiya və KQB-nin məni dayandırmaq cəhdlərini poza bilərdi. 1983-cü ildə məni diskvalifikasiya etmişdilər, yarışdan uzaqlaşdırmışdılar ki, Karpov narahat olmasın. Həmin vaxt mən məhz Əliyevdən kömək istədim. Deyilənə görə, Əliyev Boris Stukalinə deyib: "Boris İvaniç, bax ha, mənim yerlimi incitməyin". Bundan sonra vəziyyət dəyişdi. O dövrdə Əliyevlə qarşı-qarşıya gəlmək heç kimin marağında deyildi”, – deyə Kasparov bildirib.

Qeyd edək ki, Harri Kasparov 1963-cü ildə Bakıda doğulub.1980-ci ildə isə ailəsi ilə birgə Bakını tərk edib. Atası milliyyətçə yəhudi, anası isə ermənidir.

1981-ci ildə şahmat üzrə SSRİ çempionu adını qazanaraq Sovet şahmat tarixində buna nail olan ən gənc şahmatçı olub. Kasparovun 1980-ci illərdə Bakıda keçirdiyi çıxışlarında Azərbaycanın inkişafına və gəncliyinə dair müsbət fikirlər səsləndirdiyi qeyd olunur. 1990-cı ilin 20 Yanvar qırğınlarından sonra Kasparov ailəsi ilə birlikdə Bakıdan Moskvaya köçüb. Həmin dövrdən etibarən o, bir sıra beynəlxalq mətbuat konfranslarında Qarabağ məsələsi ilə bağlı Azərbaycan əleyhinə fikirlər səsləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
modern.az

2Источники