RU

Küçədə qadını “soyan” şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində quldurluq, qanunsuz silah saxlama və rəsmi sənələri məhv etmədə təqsirləndirilən Mətləb Mayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 20 oktyabr 2023-cü il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində baş verib.


Belə ki, Mətləb Mayılov dayanacağa yaxınlaşan Reyhan Tağıyevaya (ad, soyadı şərtidir) qarşı bu cinayəti törədib.


Hadisədən əvvəl Reyhan dayanacağa yaxınlaşıb və avtobus gözləyib. Avtobus gec gəldiyi üçün Reyhan Mətləbdən bu haqda soruşub. Mətləb avtobusun 20 dəqiqə əvvəl keçdiyini deyib. Bir neçə dəqiqə sonra onlar gedəcəkləri ünvana taksi çağırıblar. Hərəsi taksiyə 1 manat ödəməli imiş. Mətləb taksinin pulunu ödəyib və Reyhanın arxasınca getməyə davam edib. Ondan danışmaq üçün nömrəsini istəyib. Reyhan buna etiraz etdiyi üçün mübahisə ediblər. Mətləb əlində olan bıçaqla Reyhanın üz nahiyəsini kəsib. Sonra da çantasını əlindən alıb.

Reyhan ifadəsində deyib ki, qışqıraraq kömək istəyən zaman Mətləb bıçağı onun qarnına dirəyərək sakit olmasını istəyib. Yoldan keçən bir nəfər şəxs köməyə gəlmək istəyəndə Mətləb bıçaqla onu da qorxudub. Sonra ərazidən iki uşaq keçəndə qadının ağladığını, qışqırdığını görüblər. Uşaqlar kənara çəkilərək telefonla kiməsə məlumat veriblər. Bunu görən Mətləb hadisə yerindən qaçıb.

Mətləb ifadəsində özünü təqsirli bilməyib. Deyib ki, Reyhan özü ona taksiyə minməyi təklif edib. Nömrəsini istəyəndə isə etiraz edib.

Zərərçəkmiş Rehyan isə bildirib ki, Mətləb onu bıçaqla hədləyən zaman donunu qaldırmasını istəyib. Bu zaman daha da qorxub və qışqırmağa başlayıb.

İstintaq zamanı məlum olub ki, Mətləb daha əvvəl bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə 2016-cı ildə həbsdən azad olub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 

Tarix: 19 Sentyabr 2025, 09:37   
Избранный
27
pravda.az

1Источники