Yazını böyüt
Yazını kiçilt
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 1-ci tura yekun vuruldu.
Hafta.az xəbər verir ki, ilk oyunlardan sonra komandaların turnir cədvəlindəki mövqeyi müəyyənləşib.
Azərbaycan təmsilçisi "Qarabağ" hazırda 3 xalla 36 komanda arasında 10-cu pillədə qərarlaşıb.
Komandamız ilk turda səfərdə "Benfika" üzərində 3:2 hesablı qələbə qazanıb.
Qurban Qurbanovun komandası 2-ci turda Tofiq Bəhramov adına Respublika Stadionunda "Kopenhagen"lə qarşılaşacaq. Oktyabrın 1-də oynanılacaq matç saat 20:45-də başlayacaq.