RU

Bu mikrorayonda 750 abonentin qazı kəsiləcək

Bu gün saat 11:00-dan etibarən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində aparılan təmir işləri ilə əlaqədar 750 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.

Qaz təchizatının təmir işlərindən sonra bərpa olunacağı bildirilib.

Milli.Az

Избранный
18
8
milli.az

10Источники