RU

"Xidmətin qiymətini inzibati qaydada təyin etmək yalnışlıqdır-" Ekspert

Son vaxtlar artan və iqtisadiyat üçün ən dağıdıcı təsir(lər) haqqında danışmaq istəyirəm. Əvvəlcə bir suala dəqiq cavab verməliyik:
Biz nə istəyirik, rəqabətə əsaslanan bazar iqtisadiyyatı, yoxsa Sovet dönəmində olduğu kimi, iqtisadiyyatı bərbad hala gətirən inzibati-amirliklə qiymət təyini sistemi?
Əminəm ki, bizə ikinci lazım deyil.
Bəs onda niyə bizdə iqtisadiyyatın dövlət tənzimlənməsinin ağırlığı davamlı şəkildə böyüyür və təsiri sürətlə genişlənir?
Cənab Prezidentin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində ölkənin sosial-iqtisadi inkişafı üçün beş əsas milli prioritet müəyyən edilmişdir. Həmin sənəddə yazılıb:
“Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:
1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; …”
Göründüyü kimi, ölkəmizin 5 milli prioritetindən birincisi məhz rəqabətin bərqərar edilməsini tələb kimi qarşımıza qoyur.
Biz isə hər birimiz öz sahələrimizdə inzibati-amirlik prinsiplərini tətbiq etməklə rəqabətin qarşısını alırıq. Yaxşı ki, əlimizdə daim “keyfiyyət” sözü var və onu bəhanə kimi istifadə edirik. Kim nəyin qiymətini qaldırırsa, deyir “keyfiyyətini artırdıq”. Amma iqtisadiyyat üçün keyfiyyət əsas deyil.
Əminliklə deyirəm, əsas deyil.
Bunu anlamaq üçün iqtisadçı olmağa ehtiyac yoxdur, Sovet dönəmini xatırlamaq kifayətdir. Sovet məhsulları o qədər keyfiyyətli idi ki, dağdan yuvarlansa, çəkiclə vurulsa belə xarab olmurdu. Bəs niyə iqtisadiyyat yenə də dağıldı?
Ya da niyə almanlar 30 il əvvəlki kimi keyfiyyətli “Mercedes” buraxmır? Və yaxud niyə Çin daha çox keyfiyyətə fokuslanmır?
Cavab sadədir:
-Çünki hamı bilir ki, yalnız keyfiyyətə fokuslanmaq sonda iqtisadiyyatı məhv edir.
Buna görə də, keyfiyyəti əsas gətirərək hansısa xidmətin qiymətini inzibati qaydada təyin etmək (bahalaşdırmaq) bağışlanmaz yalnışlıqdır. Çünki, rəqabəti boğan inzibati yanlışlıqların bədəlini iqtisadiyyat illərlə ödəməli olur.
Eldəniz Əmirov, iqtisadçı ekspert
Избранный
34
news365.az

1Источники