RU

"İnsan"ın dirilişi ərəfəsindəyik

Avropalılar Təbiətlə İnsan məsələsini heyvanlar içində yaşananlar üzərindən oxudular və bu günə qədər yaşadığımız son 200 il insan məsələsindəki eyniləşmə heyvanlar içindəki sinifləşmə üzərindən araşdırıldı və yaşandı. Təbiət olaraq Heyvanların ən seçilmişi olan əsas alındı. Bu prosesdə "İnsan" amili və "İnsan" iştirak etmədi. Heyvanlar içində yaşamaq digər heyvanı öz ehtiyacı üçün Gücün imkan verdiyi qədər yaşama ehtiyacından məhrum etməklə mümkündür.
Meşə qanunları insanların yaşama nümünəsi olaraq seçildi və insan- heyvan istismarı ən önəmli Güc vasitəsi olaraq müəyyənləşmişdi, bunun qarşısında olan tərəf isə onun ziddi olmaq məcburiyyətində qalmışdı.
Dində, pul da bu Siyasi seçimin vasitəsi oldu.
Heyvanlar içindəki münasibətlər siyasətin arxasındakı ən əsas təyinedici Güc kimi dövlət anlayışını təsis etdi.
İndi dünya dəyişir,
Heyvanlar və heyvanlardan alınan nümünələr artıq işləmir, yeni bir düzənə ehtiyac yaranıb.
Yeni dünya Həşaratların dünyasını əsas alır və Həşaratlar içindəki nünunələr üzərindən yeni bir dünya quruculuğu başlayıb,
Dünən sosialist və kapitalist olaraq ayrılan Heyvanlar aləmini ya Tor quran Hörümçək, ya da Pətək quran Arı modeli əvəzləyəcək.
Digər həşaratlar isə bu ikisi arasında seçim edə bilməyəcəkləri üçün məxsus olduğu yerlərdə qalacaqlar,
Qarışqalar, milçəklər, çəyirtkələr, ağcaqadlar, tanımadığımız və tanıdığımız həşarat sürüləri Tor dövlətlə, Pətək dövlət arasında ya əziləcək, ya da havada boş boşuna uçacaqlar.
Həşaratlar kimi yaşamaq yeni bir yaşam deyil, tarixdə belə bir dönəm yaşanıb, təcrübə var, hansı dönəmdə yaşanıb sualına isə tarixin cavabı lazımdır.
Yenidən "İnsan"ın dirilişi ərəfəsindəyik.
İdris Heydərli, filosof
Избранный
26
news365.az

1Источники