RU

Bu gün Neftçalanın bəzi kəndlərində qaz olmayacaq

BAKI, 19 sentyabr. TELEQRAF

Bu gün Neftçala rayonunun bəzi kəndlərində qaz təchizatında fazilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Teleqraf-a verilən məlumata görə, Neftçala rayon kəndlərində yerləşən orta məktəblərin təbii qazla təmin edilməsi ilə bağlı qaz xəttlərinin qaz təchizatı şəbəkəsinə birləşdirilməsi məqsədi ilə əlaqədar bu gün 15:00-dan etibarən işlər başa çatanadək Neftçala rayonunun Xolqarabucaq, Qırmızıkənd, Xəzərkənd, Xoltəzəkənd kəndlərində ümumi 1282 abonentin qaz təchizatı dayandırılacaq.

Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.

Избранный
17
1
teleqraf.com

2Источники