RU

"SpaceX" 17 milyard dollara qlobal rabitə tezlikləri alıb



Amerikalı milyarder İlon Maska məxsus "SpaceX" şirkəti öz tarixi ticarətini həyata keçirib. Maskın bu şrkəti böyük borclarına görə, iflas təhlükəsi ilə üzləşən "Echostar" şirkətindən 1900 MHz tezliklərini 17 milyard dollara satın alıb.

Reyting.az
-ın məlumatına görə, "SpaceX" şirkətindən bildiriblər ki, həmin tezliklər "Direct-to-Cell" layihəsinin əsası olacaq. Layihə sayəsində adi smartfonlar mobil operator antenaları olmadan belə birbaşa "Starlink" peyklərinə qoşulmaq imkanı qazanacaqlar.

Qeyd olunur ki, ilkin mərhələdə bu yeni xidmət daha çox ucqar ərazilərə, eləcə də nəqliyyata və aviasiyaya, həmçinin hərbi sahələrə yönəldiləcək. Bir çox ekspertlər, analitiklər bunu mobil rabitə bazarında inqilabi addım kimi dəyərləndiriblər.

Mask bildirib ki, yaxın gələcəkdə hər yerdə telefonların peyk siqnalını tutması mümkün olacaq.

Oqtay QORÇU
Избранный
44
1
reyting.az

2Источники