RU

Təyyarə uçuş-enmə zolağından çıxdı

Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus təyyarə Niiqata hava limanında uçuş-enmə zolağından çıxıb.

Publika.az bu barədə NHK-ya istinadən məlumat verir.

Hadisə yerli vaxtla saat 11:50-də (Bakı vaxtı ilə 06:50) baş verib. U-125A Hava Özünümüdafiə Qüvvələrinə məxsus axtarış-xilasetmə təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb. Nəticədə bütün hava limanında eniş zolaqları bağlanıb.

Təyyarənin göyərtəsində beş nəfər olub; xəsarət alan olmadığı bildirilir. Təyyarədə yanğın əlaməti aşkar edilməyib.

Избранный
76
2
publika.az

3Источники