RU

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Sentyabrın 19-u saat 09:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı Lənkəranda 9, Biləsuvarda 6, Sabirabadda 5, Tovuzda 4, Balakəndə 3, Zaqatala, Ceyrançöl, Ağstafa, Astarada 2, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Xınalıq, Şəmkir, Qax, Şəki, Qobustan, Yevlax, Göyçay, Şahdağ, İmişli, Yardımlı, Lerikdə 1 mm-dək qeydə alınıb.

Bəzi rayonlarda şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Naftalanda 25, Goranboyda 23, Gəncədə 20 m/s-dək güclənir.

Daşkəsən, Göygöl, Balakən, Zaqatala, Şamaxı, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Избранный
7
38
editor.az

10Источники