RU

Daha 1000 nəfərin meyiti Ukraynaya qaytarıldı

Sentyabrın 18-də Ukrayna Rusiyadan daha 1000 nəfərin meyitlərini geri qaytarıb.

Publika.az xəbər verir ki, bu barədə Məhbuslarla iş üzrə Koordinasiya Qərargahının “Telegram” səhifəsi məlumat yayıb.

“Bu gün repatriasiya tədbirləri həyata keçirildi. Ukraynaya 1000 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, bunlar Ukrayna hərbçilərinə məxsusdur”, — deyə açıqlamada bildirilib.

Yaxın vaxtlarda hüquq-mühafizə orqanlarının müstəntiqləri və Daxili İşlər Nazirliyinin ekspert qurumları repatriasiya edilmiş meyitlərin bütün zəruri ekspertizalarını və identifikasiyasını aparacaqlar.

Избранный
21
5
publika.az

6Источники