RU

Tramp Tayvana 400 milyon dollarlıq hərbi yardım göndərməkdən imtina edib

ABŞ prezidenti Donald Tramp Tayvana təxminən 400 milyon dollar dəyərində hərbi yardım göndərməkdən imtina edib. Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Donald Tramp Çin Xalq Respublikası ilə ticarət sazişi bağlamağa çalışır və onun administrasiyası Pekinlə münasibətləri yumşaltmaq üzərində işləyir.

Ağ Evin nümayəndəsi qəzetə müsahibəsində bildirib ki, bu qərar “qəti deyil” və yenidən nəzərdən keçirilə bilər.

Избранный
18
banker.az

1Источники