RU

ABŞ Konqresində Fələstini tanıyan qətnamə qəbul edildi

ABŞ-ın bir qrup Demokrat senatoru ölkə Prezidentini Fələstini tanımağa çağıran ilk qətnaməni Konqresə təqdim edib.

Publika.az xəbər verir ki, qətnaməni Oreqon ştatından senator Ceff Merkli təqdim edib. Həmçinin sənədi demokrat senatorlar Kris Van Hollen (Merilend), Tim Keyn (Virjiniya), Berni Sanders, Piter Uelç (Vermont), Tina Smit (Minnesota), Təmmi Bolduin (Viskonsin) və Meyzi Hirono (Havay) də dəstəkləyiblər.

"Biz prezidenti beynəlxalq hüquqa və iki dövlətli həll prinsiplərinə uyğun olaraq silahsızlaşdırılmış Fələstin Dövlətini tanımağa çağırırıq", - sənəddə deyilir.

Senatorlar vurğulyıblar ki, Fələstinin tanınması Vaşinqtonun fələstinlilərin və israillilərin azadlıq, ləyaqət və təhlükəsizlik içində yaşaya biləcəkləri gələcəyin qurulmasına kömək etmək üçün atmalı olduğu əməli addımdır.

Qeyd edək ki, Fələstini hazırda 147 ölkə tanıyır. 2024-cü ildə ABŞ Fələstinin BMT-yə tam üzvlüyünə veto qoyub. Lakin o vaxtdan bəri Norveç, İspaniya, İrlandiya və Ermənistan da daxil olmaqla, on ölkə Fələstini tanıyıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
60
1
olaylar.az

10Источники