RU

Daha 1000 nəfərin meyiti Ukraynaya qaytarılıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kiyev, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Ukrayna Rusiyadan daha 1000 nəfərin meyitlərini geri qaytarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Məhbuslarla iş üzrə Koordinasiya Qərargahının “Telegram” səhifəsi məlumat yayıb.

“Bu gün repatriasiya tədbirləri həyata keçirildi. Ukraynaya 1000 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, bunlar Ukrayna hərbçilərinə məxsusdur”, — deyə açıqlamada bildirilib.

Yaxın vaxtlarda hüquq-mühafizə orqanlarının müstəntiqləri və Daxili İşlər Nazirliyinin ekspert qurumları repatriasiya edilmiş meyitlərin bütün zəruri ekspertizalarını və identifikasiyasını aparacaqlar.

Qeyd edək ki, Ukrayna və Rusiya İstanbulda aparılan danışıqlar zamanı meyitlərin repatriasiyası barədə “6000-in 6000-ə” formatında razılığa gəlmişdilər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
5
azertag.az

6Источники