RU

Qazaxda 27 Sentyabr Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

ain.az, Azertag saytına istinadən bildirir.

Qazax, 19 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunur.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakı - Ələt – Qazax - Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Tural Qasımov, digər əməkdaşlar, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, media nümayəndələri iştirak ediblər.

Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı 50 ədəd eldar şamı, 400 ədəd tuya, 50 ədəd sərv ağacı olmaqla, ümumilikdə, 500 ədəd ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
3
azertag.az

5Источники