RU

Cənubi Koreya zenit raketinin yeni variantını hazırlamağa başlayıb

Koreya Respublikasının Müdafiə Alma Proqramı Agentliyi yeni orta mənzilli M-SAM Block-III zenit-raketinin hazırlanmasına başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Layihənin 624 milyon dollara başa gəldiyi təxmin edilir. Yeni M-SAM (Mid-range Surface-to-Air Missile) sisteminin əvvəlki seriyalardan daha uzun məsafələrdə və daha yüksək hündürlükdə hədəfləri aşkarlaya və kəsə bildiyi gözlənilir.

Blok-III raketləri Amerikanın PAC-3 raketlərinə bənzər rol oynayacaq. İstehsalın 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.

Yeni kompleks Cənubi Koreyanın 15 km hündürlükdə və 40 km-ə qədər məsafədə hədəfləri tutmağa qadir olan “Çonqun-2” hava hücumundan müdafiə raket sistemi və 60 km hündürlükdə nəzərdə tutulmuş L-SAM (Uzun mənzilli Yerdən Havaya Raket) raket əleyhinə sistemi ilə birlikdə çoxqatlı müdafiə sisteminin bir hissəsi olacaq.

Избранный
27
ucnoqta.az

1Источники