Fransada kütləvi etirazlara ən azı yarım milyon insan qoşulub.
Publika.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri vəzifəsini icra edən Bruno Retayo məlumat verib.
O bildirib ki, yalnız Parisdəki etirazçıların sayı 55 min nəfər olub.
Qeyd edək ki, etirazçılar hakimiyyətin təklif etdiyi iqtisadi tədbirləri tənqid edirlər.