RU

Maradonanın bacıları və vəkili dələduzluqda ittiham olunurlar

Argentina məhkəməsi Dieqo Maradonanın iki bacısı və vəkili Matias Morlanı futbol ulduzunun adını daşıyan brendlərdən istifadə etdiklərinə görə dələduzluqda ittiham edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

İddia Maradonanın qızları Dalma və Giannina tərəfindən futbolçunun 2020-ci ilin noyabrında ölümündən sonra qaldırılıb.

Onlar qanuni varislər kimi Morlanın Sattvica şirkəti tərəfindən idarə olunan atalarının adı ilə bağlı bütün brendlərə nəzarətin onlara verilməsini tələb ediblər.

Maradonanın vəkili də dələduzluqda ittiham olunub. Futbolçunun bacıları Rita və Klaudiya “lazımi şəriklər” hesab edilib.

Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. 

Избранный
18
ucnoqta.az

1Источники